İtaliyada yeni qadağa: küçədə maska taxmaq məcburidir
Tarix: 24-12-2021 13:40 | Bölmə: Dünya
İtaliyada yeni qadağa: küçədə maska taxmaq məcburidir

Koronavirusun “omikron” ştammına qarşı yeni məhdudlaşdırıcı tədbirlərə əl atan İtaliya hökuməti küçədə maska taxmaq tələbini də rəsmiləşdirib.

Reyting.az
“ANSA” agentliyinə istinadla xəbər verir ki, rəsmi Romanın tətbiq etdiyi yeni tədbirlərin sırasında 2022-ci il yanvarın 31-dək meydançalarda və diskotekalarda şənliklərin keçirilməsinə qadağa, barlara, idman zallarına və muzeylərə xüsusi buraxılışla daxil olma kimi qaydalar da yer alır. Açıq havada qoruyucu maska taxmaq məcburidir, kinoteatrlarda və avtobusda isə “FFP2” tipli maskalardan istifadə etmək tələb olunur.

Xəbərdə o da qeyd olunur ki, yaxın həftələrdə İtaliyada “omikron” ştammının sürətlə yayılması ehtimalı ilə bağlı koronavirusa yoluxanların sayında kəskin artım gözlənilir. Hökumət yeni antikovid tədbirləri ilə pandemiyanın qarşısını almağı düşünür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər