661 nəfər qasırğadan zərər çəkib
Tarix: 24-12-2021 16:53 | Bölmə: Dünya
661 nəfər qasırğadan zərər çəkib

Filippinin Təbii fəlakətin nəticələrinin ləğvi və risklərin azaldılması üzrə Milli Şurasına yaydığı xəbərdə deyilir ki, “Rai” adı verilən superqasırğanın sürəti saniyədə 54 metr olub. Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təbii fəlakət zamanı 661 nəfər zərər çəkib, 58 nəfər isə itkin düşmüş sayılır.

Oxucularımıza xatırladaq ki, “Rai” superqasırğası bir həftə bundan əvvəl Filippinin cənub adalarının üzərində qeydə alınıb. Qasırğanın yaratdığı küləyin sürəti saniyədə 54 metrə çatdığına görə, bu ölkədə bütün aviareyslər təxirə salınıb, eləcə də dənizlə yükdaşımaları dayandırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər