Paşinyan: “Türkiyə ilə münasibətlərin normallaşması ilkin şərt olmadan gerçəkləşəcək”
Tarix: 25-12-2021 00:04 | Bölmə: Dünya
Paşinyan: “Türkiyə ilə münasibətlərin normallaşması ilkin şərt olmadan gerçəkləşəcək”

"Ümid edirəm ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü ən qısa zamanda təyin olunacaq".

Reyting.az
 xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib.

Paşinyan deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilkin şərt olmadan baş tutacaq.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi, ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanda isə Milli Məclisinin sədr müavini Ruben Rubinyan təyin edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər