İran nüvə yanacağı istehsal edəcək
Tarix: 25-12-2021 12:02 | Bölmə: Dünya
İran nüvə yanacağı istehsal edəcək

İran atom yanacağı istehsal edə bilər.

Reyting.az
xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində İranın Atom Enerjisi üzrə Təşkilatının vitse-prezidenti Muxammed Eslami deyib.

M. Eslami daha sonra bildirib ki, bununla bağlı Rusiyanın “Rosatom” şirkəti ilə danışıqlar aparıblar: “Bizim qarşılıqlı fəaliyyətimiz çərçivəsində və bağlayacağımız yeni müqavilələr əsasında yerli nüvə yanacağından Buşehr AES-in reaktorunda istifadəyə başlaya biləcəyik”.

M. Eslami əlavə edib ki, yaxın vaxtlarda bu enerjidən Buşehrdeki Atom Eelektrik Stansiyasında istifadə olunacaq.

Qeyd edək ki, Buşehr AES-in enerji bloklarının qurulması Rusiya və İranın ən nəhəng birgə layihəsidir. AES-in birinci bloku RF-nin yaxından iştirakı ilə 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. Hazırda ikinci blokun inşası davam etdirilir və üçüncü enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər