Yeni qayda: sabahdan maşında musiqi dinləmək qadağandır!
Tarix: 25-12-2021 18:18 | Bölmə: Dünya
Yeni qayda: sabahdan maşında musiqi dinləmək qadağandır!

Əfqanıstanda hakimiyyətdə olan İslam təmayüllü “Taliban” hərəkatının Daxili İşlər Nazirliyi ölkə ərazisində yeni qaydalar tətbiq edib.

“Kabul News” agentliyinin “Twitter”-də yerləşdirdiyi məlumata görə, sabahdan etibarən Əfqanıstanda maşında musiqiyə qulaq asmaq qadağan edilir.

Agentlik xəbər verir ki, yeni qayda yazılı formada artıq çap edilib və sürücülərin nəzərinə çatdırılıb. Bundan başqa, avtomobillərdə baş örtüyü olmayan qadınları aparmaq qadağandır.

Bir qədər əvvəl “Taliban” hərəkatının nümayənələri Qadın məsələləri üzrə nazirliyi ləğv etmiş və toylarda canlı musiqidən istifadəni aradan qaldırmışlar. Misal üçün, ölkənin şimal-şərqindəki Bədaxşan əyalətində musiqi dinləmək, siqaret çəkmək, namaz vaxtlarına riayət etməmək, otel və restoranlarda kişilərin və qadınların bir yerdə vaxt keçirməsi qəti qadağandır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}