Britaniya iqtisadi böhrana görə Rusiyanı ittiham edir
Tarix: 25-12-2021 20:26 | Bölmə: Dünya
Britaniya iqtisadi böhrana görə Rusiyanı ittiham edir

Böyük Britaniyanın enerji şirkətləri qazın qiymətinin kəskin artması səbəbindən irimiqyaslı iqtisadi böhran barədə xəbərdarlıq ediblər.

“The Telegraph” qəzetinin yazdığına görə, hazırda enerji daşıyıcıları ilə bağlı Krallıqda yaranmış vəziyyət ölkənin sənayesini fəlakət həddinə gətirib.

Məqalədə qeyd edilir ki, “EDF”, “Good Energy” və “Energy UK” kimi böyük şirkətlərin rəhbərləri təbii qazın qiymətinin artmasına görə yaranmış böhran vəziyyətini tənzimləməyə kömək edəcək zəruri tədbirlərin hazırlanması və qəbul edilməsi xahişi ilə hökumətə müraciət ediblər. Yerli ekspertlər isə bildiriblər ki, yanacaq qıtlığı ucbatından Britaniyanın energetikası ciddi böhranla üzləşə bilər. Onlar problemin əmələ gəlməsində “Avropaya qaz nəqlini artırmayan” Rusyanı ittiham edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər