Nazir: “Rusiya Azov dənizində ağalıq edir”
Tarix: 26-12-2021 14:34 | Bölmə: Dünya
Nazir: “Rusiya Azov dənizində ağalıq edir”

Ukrayna XİN-nin başçısı bəyan edib ki, Moskva özünü Azov dənizinin sahibi kimi aparır və hövzədə öz şərtlərini diqtə edir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna xarici diplomatiya idarəsinin rəisi Dmitri Kueba “Washington Post” qəzetinə müsahibəsində bildirib: “Təhlükəsizlik nöqteyi-nəzərindən indi Azov dənizində Rusiya özünü külli-ixtiyar sahibi kimi aparır. Əgər müharibə baş verərsə, o zaman ruslar bundan bizim Azovun sahilindəki şəhərlərimizə təzyiq göstərmək üçün istifadə edəcəklər”.

Son vaxtlar Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi barədə Qərb KİV-lərində tirajlanan məlumatlar və bununla bağlı siyasətçilərin bəyanatları fonunda Kulebanın Azovda vəziyyətə dair müttəfiqlərə müraciəti maraq doğurur. Ukraynanın baş diplomatının bəyanatına cavab olaraq, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya öz ərazisi hüdudlarında və bildiyi kimi, silahlı qüvvələrinin dislokasiya yerlərini dəyişdirir və bu hərəkətlər heç kimə təhdid deyil və heç kəsi narahat etməməlidir.

Xəbərə onu da əlavə edək ki, bir qədər əvvəl Dmitri Kuleba Ukraynanın qərbli müttəfiqlərinə müraciətində “Qərb Moskva və Kiyev arasında ehtimal olunan müharibə şəraitində atacağı antirusiya addımlarını bizə əvvəlcədən anonslamalıdır”,- deyə bildirmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər