İstanbul Böyükşəhər Bələdiyyəsində terrorçu axtarılır
Tarix: 26-12-2021 23:55 | Bölmə: Dünya
İstanbul Böyükşəhər Bələdiyyəsində terrorçu axtarılır

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) tabe olan şirkətlərə təyin olunan kadrlar arasında terrorçuların olduğu şübhəsi ilə təftişə başlayıb.

Bu barədə Türkiyə DİN-in “twıtter” səhifəsindən açıqlama yayılıb.

Bildirilib ki, İBB-yə tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), 2-si Marksist Kommunist Partiyası (MKP) olmaqla, həmçinin, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək DİN tərəfindən xüsusi yoxlama başlanılıb. (APA)

Xatırladaq ki, prezident Ərdoğan son çıxışında bu bələdiyyədə xeyli işçinin azad olunaraq, yerlərinə terrorçuların alındığını bəyan edib. Yoxlama da məhz bu çıxışdan az sonra başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər