Hərbçilər ABŞ-ın zirehli maşın karvanının qarşısını kəsib
Tarix: 27-12-2021 11:38 | Bölmə: Dünya
Hərbçilər ABŞ-ın zirehli maşın karvanının qarşısını kəsib

“SANA” agentliyinin məlumatına əsasən, Suriya ordusunun hərbi qulluqçuları Xaseke əyalətinin şimal-qərbindəki Tell-Tamer şəhərinin yaxınlığında ABŞ-ın mexanikləşdirilmiş patrul karvanını blokpostdan buraxmayıblar.

Agentliyin məlumatında bildirilir ki, Amerika hərbçiləri zirehli texnikanın üstündə şəhərə giriş postuna yaxınlaşanda, suriyalı əsgərlər şosseyə çıxaraq karvanın qarşısını kəsib. Bu zaman onlar amerikalıları nə silahla təhdid edib, nə də xəbərdarlıqedici atəş açıblar. Nəticədə ABŞ hərbçiləri hərəkət marşrutlarını dəyişməyə məcbur olublar.

Qeyd edək ki, buna bənzər insidentlər dekabr ayında El-Kamışlı şəhərinə giriş yollarında bir neçə dəfə baş verib. Orada amerikalı hərbi patrulun və “Demokratik Suriya Qüvvələrinin” silahlılarının yolunu yerli əhali kəsmişdi. Bu aksiyaların iştirakçıları ABŞ ordusunun ölkənin şimalında yerləşməsinə öz etirazlarını bildirmiş və onun hərbi-nəqliyyat vasitələrini daşa basmışlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}