Türkiyəli nazir: "F-35"-lərin alınması ilə bağlı problemlər var”
Tarix: 27-12-2021 12:25 | Bölmə: Dünya
Türkiyəli nazir: "F-35"-lərin alınması ilə bağlı problemlər var”

Hazırda "F-35" hərbi təyyarələrinin alınması ilə bağlı problemlər var.

Reyting.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son görüşündə problemlərin həll olunmasını istədiyini və əlaqələriin inkişafında maraqlı olduğunu bildirib: "İnanıram ki, gələcəkdə dialoqlar olacaq. Lakin bu gün "F-35" satılmayacaqsa, ya verdiyimiz pullar qaytarılmalı, ya da həmin məbləğdə yeni silahlar alınmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}