16:39 / 28-11-2024
Sabah qar yağacaq
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri xəyanatdə ittiham olunur
Tarix: 08-01-2022 11:05 | Bölmə: Dünya
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri xəyanatdə ittiham olunur

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. 

Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır. 

Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.

Məlumata görə, o, ölkənin sabiq prezidenti Nazarbayevin sadiq adamlarından sayılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər