16:39 / 28-11-2024
Sabah qar yağacaq
Türkiyə Müdafiə Nazirliyi: "Hücum və təhdid olmadığı təqdirdə, “S-400” heç kimə zərər verməyəcək"
Tarix: 08-01-2022 20:54 | Bölmə: Dünya
Türkiyə Müdafiə Nazirliyi: "Hücum və təhdid olmadığı təqdirdə, “S-400” heç kimə zərər verməyəcək"

"Türkiyənin Rusiyadan "S-400"-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir".

Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, hücum və təhdid olmadığı təqdirdə, "S-400" heç kimə zərər verməyəcək sistemdir: "Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir".

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə "S-400" zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər