16:39 / 28-11-2024
Sabah qar yağacaq
Qazaxıstanda qiyamçılar radiostansiyadan istifadə ediblər
Tarix: 09-01-2022 14:01 | Bölmə: Dünya
Qazaxıstanda qiyamçılar radiostansiyadan istifadə ediblər

Son sutka ərzində Qazaxıstanda davam edən iğtişaşlarda 163 nəfər yaralanıb, 2 yerli hərbçi həlak olub, xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 134 nəfər isə müvəqqəti saxlama təcridxanalarına salınıb.

Qazaxıstan Daxili işlər nazirinin səlahiyyətlərini icra edən Yerlan Turqumbayev bu gün “Xabar 24” telekanalının efirindən xalqa müraciət edib. O, bildirib ki, ölkədə etiraz dalğasını təşkil edənlər hərəkətlərini əlaqələndirməkdən ötrü radiostansiyadan yararlanmaqla yüksək peşəkarlıq vərdişləri nümayiş etdiriblər. Onun sözlərinə görə, Almatıda və bölgələrdə xüsusilə ağır cinayətlər törədən 134 qiyamçı aşkar edilib və onlar hazırda müvəqqəti saxlama təcridxanalarında saxlanılır.

Bu arada Qazaxıstanın Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, ötən gecə baş vermiş qarşıdurmalarda iki yerli hərbçi həlak olub, 163 nəfər isə yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər