Qazaxıstanda yüksək rütbəli məmur iğtişaşlardan sonra infarktdan ölüb
Tarix: 10-01-2022 13:50 | Bölmə: Dünya
Qazaxıstanda yüksək rütbəli məmur iğtişaşlardan sonra infarktdan ölüb

Alma-Ata polis idarəsinin rəis müavini, polkovnik Tanat Nazanov bir neçə gün əvvəl şəhəri bürümüş iğtişaşlardan sonra iş yerində ürək tutmasından dünyasını dəyişib.

Reyting.az
-ın Qazaxıstan mediasına istinadla xəbərinə görə, onun meyiti yanvarın 10-da aşkarlanıb.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda iki yüksək vəzifəli hüquq-mühafizə orqanları əməkdaşının intihar etdiyi məlum olub.
Qazaxıstanda Milli Təhlükəsizlik Xidmətinin polkovniki Azamat İbrayevin özünü yaşadığı binadan atdığı bildirilib.

Bu gün Jambul vilayətinin polis departamentinin rəisi general-mayor Janak Süleymanov intihar etdiyi də məlum olub.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb