16:39 / 28-11-2024
Sabah qar yağacaq
Bolqarıstan prezidenti və baş naziri karantinə alınıb
Tarix: 11-01-2022 23:51 | Bölmə: Dünya
Bolqarıstan prezidenti və baş naziri karantinə alınıb

Bolqarıstan prezidenti Rumen Radev, baş nazir Kiril Petkov və bir neçə nazir Təhlükəsizlik Şurasının iclasından sonra karantinə alınıb.

Bu barədə "Associated Press" məlumat yayıb.

Belə ki, parlamentin spikeri Nikolay Minçevdə koronavirus aşkarlanıb.

Dövlət rəsmiləri ehtiyat tədbiri olaraq özlərini təcrid ediblər. Onların hamısının 7 gün ərzində özünütəcrid rejimində qalması planlaşdırılır.

Baş nazirin yerinə onun müavini Kalina Konstantinova tədbirlərdə iştirak edəcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər