16:39 / 28-11-2024
Sabah qar yağacaq
Senator-demokrat: “Almaniyaya arxadan zərbə endirə bilmərik”
Tarix: 12-01-2022 09:42 | Bölmə: Dünya
Senator-demokrat: “Almaniyaya arxadan zərbə endirə bilmərik”

Amerika Senatının Demokrat Partiyasından üzvü Mark Uorner Rusiyanın “Şimal axını-2” qaz kəmərinə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini kəskin tənqid edib.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, belə bir qanun layihəsini Senatın respublikaçı üzvü Ted Kruz təklif edib. Amma senator-demokrat Mark Uorner “Şimal axını-2” layihəsinə qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb. Onun sözlərinə görə, ABŞ-ın belə bir qərarı Avropada ən əsas müttəfiqlərimizdən biri olan Almaniyaya “qurşaqdan aşağı zərbə” olar: “Şimal axını-2” ideyası mənim də xoşuma gəlmir, amma indiki şəraitdə bizim əsas müttəfiqimizə arxadan zərbə endirmək niyyətimiz daha çox tamaşaya bənzəyir”. Bununla bağlı ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, Vaşinqton Berlin və Brüssellə bir yerdə “Şimal axını-2” qaz kəmərinin işə salınmasını ləngitməyə çalışacaq. Xanım Nulandın sözlərinə görə, Almaniya hakimiyyəti bu istiqamətdə artıq “əhəmiyyətli addımlar” atmışdır. Bir qədər əvvəl məlum olub ki, Ağ Ev “Şimal axını-2” layihəsinə qarşı yeni sanksiyaların tətbiqi naminə hətta beynəlxalq əməkdaşlığı qurban verməyə hazırdır. Bunu respublikaçı senator Rend Pol açıqlamışdı. “Əslində belə bir addım beynəlxalq əməkdaşlığa zərər verəcək merkantil avantürizmdır”, - deyən cənab Pol mümkün sanksiyaların siyasi deyil, iqtisadi motivlərə söykənəcəyinə əmin olmaq istədiyini də dilə gətirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər