16:39 / 28-11-2024
Sabah qar yağacaq
Bayden növbəti dəfə Harrisi səhvən "prezident" adlandırıb
Tarix: 12-01-2022 11:38 | Bölmə: Dünya
Bayden növbəti dəfə Harrisi səhvən "prezident" adlandırıb

ABŞ Prezidenti Cozef Bayden üçüncü dəfə səhv edərək vitse-prezident Kamala Harrisi “dövlət başçısı” adlandırıb.

Məlumatı “Fox News” telekanalı yayıb.

“Ötən həftə Prezident Harrislə Kapitolidə ölkəmizin tarixi - 2021-ci il yanvarın 6-nı (bu tarixdə Ağ Evə basqın olmuşdu - red.) və ondan sonrakı dövrü müzakirə edirdik”,- Cozef Bayden bildirib/Report.

ABŞ Prezidenti bununla üçüncü dəfədir Kamala Harrisi “prezident” adlandırır.

Qeyd edək ki, ABŞ Prezidenti bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin soyadının deyilişini, “vaksinasiya” ilə “eskalasiya”nı, eləcə də Suriya ilə Liviyanı və İraqla İranı dəyişik salmışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər