Avropanın qaz ehtiyatı tükənir
Tarix: 12-01-2022 17:29 | Bölmə: Dünya
Avropanın qaz ehtiyatı tükənir

Avropanın yeraltı qaz saxlanclarında (YQS) təbii yanacağın ehtiyatı son onillik ərzində bu mövsüm üçün minimum səviyyəyə enib və ondan istifadə artıq ötən il doldurulmuş ümumi həcmin yarısını keçib.

Reyting.az
xəbər verir ki, bu barədə “Qazprom”un məlumatında bildirilib.

Xəbərdə daha sonra qeyd edilir ki, yanvarın 10-na Avropanın yeraltı saxlanclarından istifadə edilən qazın həcmi ümumi ehtiyatın 55,6 faizini təkil edib. Yəni, 26,6 milyard kubmetr qaz istehlak olunub.

“Gas Infrastructure Europe”nın rəqəmlərinə görə, yanvarın 10-na Avropa YQS-lərin ümumi doldurulma səviyyəsi 50,88 faiz həddinə düşüb və hazırda sərfiyyat 54,93 milyard kubmetr, yəni, ötən ildəkindən 18 milyard kubmetr azdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}