16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ərdoğan: "Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir"
Tarix: 13-01-2022 16:30 | Bölmə: Dünya
Ərdoğan: "Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir"

“Suriyanın şimalının bütün dünyaya terrorçu ixrac edən mərkəzə çevrilməsinin qarşısını almışıq. Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda söyləyib.

“İŞİD və PKK-nın Suriya qanadına yönəlmiş əməliyyatlarımızla bu bölgədəki sabitliyə töhfə verdik. Türkiyə buradakı varlığı ilə Suriyanın ərazi bütövlüyünə dəstək verir. Vicdanı olan hər kəs qəbul edər ki, Türkiyənin səyləri olmasaydı, Avropa və Suriya fərqli mənzərə ilə qarşılaşacaqdı”, - Türkiyə Prezidenti bildirib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər