Ukraynalılara hədə-qorxu gəlirlər
Tarix: 14-01-2022 11:33 | Bölmə: Dünya
Ukraynalılara hədə-qorxu gəlirlər

Ukraynanın üç nazirliyinin rəsmi saytında yerləşdirilmiş təhdid dolu xəbərdarlıq bu sözlərlə başlayır: “Ukraynalılar, qara günə hazlrlaşın!”

“360” telekanalın yayımladığı məlumatda deyilir ki, qorxulu xəbərdarlıq ötən gecə Ukrayna Xarici İşlər, Təhsil və Elm və Aqrar Siyasəti və Ərzaq nazirliklərinin əsas səhifələrində aşkar edilib. Naməlum mənbə yerli sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir ki, Ukrayna vətəndaşlarının bütün məlumatları qlobal Şəbəkəyə “yerləşdirilib”. “Sizin haqqınızda bütün informasiya hamı üçün əlçatandır və ən pis gününzü gözləyin. Bu, sizin keçmişiniz, bu gününüz və gələcəyinizə görə edilir”,- mətndə belə deyilir.

Təhdidedici xəbərdarlıq üç dilə - ukrayna, rus və polyak dillərinə tərcümə edilib. “360” telekanalın açıqlamasına görə, hədə-qorxu gəlinən məlumatda ukraynalıları “cəzalandırmanın” səbəbləri də göstərilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}