Almatının müdafiəçisi “Rəşadət” Ordeni ilə təltif olunub
Tarix: 14-01-2022 18:06 | Bölmə: Dünya
Almatının müdafiəçisi “Rəşadət” Ordeni ilə təltif olunub

Qazaxıstan prezidenti Qasım-Comert Tokayev zabit Xairovu ölümündən sonra II dərəcəli “Rəşadət” Ordeni ilə təltif edib.

Reyting.az
“Sputnik” radiosuna istinadla xəbər verir ki, zabit Sandibek Xairov Almatı şəhərində kütləvi iğtişaşların qarşısının alınmasında göstərdiyi qəhrəmanlığa görə belə yüksək fəxri ada layiq görülüb.

Məlumatda deyilir ki, qiyamçılar şəhərə hücum edən zaman zabit meriyanın binasındakı hərbçiləri təhlükəsiz əraziyə çıxarmağı bacarsa da, özü xilas ola bilməyib.

Qazaxıstan prezidentinin təltif haqqında fərmanı bu gün, yəni Sandibek Xairov dəfn olunduğu vaxt rəsmi qəzetlərdə dərc olunub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}