16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bir qrup senator Ukraynaya səfər edəcək
Tarix: 15-01-2022 09:52 | Bölmə: Dünya
Bir qrup senator Ukraynaya səfər edəcək

ABŞ Senatının hər iki partiyadan olan bir qrup üzvünün sabah Kiyevə rəsmi səfəri planlaşdırılıb. Reyting.az “Politiko” nəşrinə istinadla xəbər verir ki, senatorların səfərinin təfsilatı hələlik tam açıqlanmayıb.

Nəşrin məlumatında qeyd olunur ki, bu səfər ABŞ konqresinin yuxarı palatasında Rusiyanın “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığın əldə edilməməsindən bir neçə gün sonra reallaşır. Amerikalı senatorların yanvarın 18-dək Ukraynada qalacaqları planlaşdırılıb. Məlumatda onların rəsmi Kiyevin təmsilçiləri ilə mümkün danışıqları barədə hələlik heç nə deyilmir.

Qeyd edək ki, Senatda “Şimal axını-2”-yə qarşı nəzərdə tutulan qanun layihəsinin qəbul edilməsi üçün tələb olunan yetərsay alınmayıb. Zəruri 60 səsdən yalnız 55 səs toplamaq mümkün olub, 43 senator bu təşəbbüsün əleyhinə çıxıb. Məlumatda həmçinin Ağ Ev administrasiyasında bu qanun layihəsinin Ukraynaya kömək edəcəyi və bu zaman onun birmənalı şəkildə “Avropalı müttəfiqlərin birliyinə xələl gətirəcəyi” ilə bağlı ciddi şübhələr yaranmağa başladığı vurğulanır.

Oxucularımıza xatırladırıq ki, bir qədər əvvəl Demokratlar Partiyasından senator Mark Uorner “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini tənqid atəşinə tutmuşdu. О, ABŞ-ın Rusiya qaz kəmərinə məhdudlaşdırıcı tədbirlərin görməsinin Almaniyanın maraqlarına zidd olduğunu bəyan etmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}