14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Argentinada növbəti antirekord qeydə alınıb
Tarix: 15-01-2022 11:54 | Bölmə: Dünya
Argentinada növbəti antirekord qeydə alınıb

Yerli mütəxəssislərin açıqlamasına görə, son bir sutka ərzində Argentinada koronavirusa 139.853 yoluxma faktı qeydə alınıb ki, bu da pandemiyanın başladığı dövrdən ən yüksək göstərici hesab olunur.

Bu ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bu günədək Argentinada cəmi 6.932.972 virusa yoluxma hadisəsi baş verib.

Nazirliyin məlumatında o da qeyd olunur ki, son 24 saat ərzində COVİD-dən 96 ölüm faktı təsdiqlənib. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 117.901-ə çatıb. Argentinada bundan əvvəlki yoluxma rekordu yanvarın 11-də qeydə alınmışdı – 134.439.

Respublikada koronavirus infeksiyası hallarının kəskin artması “omikron” ştammına ilk yoluxmaların aşkar edildiyi ötən ilin dekabrından müşahidə olunur. Amma belə artımın fonunda koronavirusun ikinci dalğasının tüğyan etdiyi 2021-ci ilin mayı ilə müqayisədə hazırda ölüm faizi aşağı səviyyədədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}