Lukaşenko: “Qiyamçılar prosesi Rusiyaya sızdırmağı planlayırdı”
Tarix: 15-01-2022 16:45 | Bölmə: Dünya
Lukaşenko: “Qiyamçılar prosesi Rusiyaya sızdırmağı planlayırdı”

“Qazaxıstanda qarışıqlığı təşkil edənlərin məqsədi bu respublikada “vəziyyəti partlayış həddinə çatdırmaq” və hadisələrin axarını Rusiya sərhədindən bu tərəfə yönəltmək idi”. Reyting.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun bu açıqlamasını “BELTA” agentliyi yayımlayıb.

A. Lukaşenkonun fikrincə, Qazaxıstan çox yaxşı əlaqələndirilən terror qruplarının hərbi təcavüzünə məruz qalıb: “Onlar xüsusi hazırlıq keçmiş və dünyanın müxtəlif qaynar nöqtələrində hərbi təcrübə toplamış peşəkarlar olub”.

Dünən Rusiya kommunistlərinin lideri Züqanov da Qazaxıstandan gələn həyəcan siqnalı barədə prezident Putini xəbərdar edib.

Bu gün prezident Qasım-Comert Tokayev ölkənin güc strukturlarına xüsusi əməliyyatlar üzrə hərbiləşdirilmiş bölmənin yaradılması istiqamətində işləri sürətləndirməyi tapşırıb. Yeri gəlmişkən, Qazaxıstanın lideri respublikada dövlət çevrilişinə cəhdin süquta uğradığını bəyan edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}