16:39 / 28-11-2024
Sabah qar yağacaq
Nazarbayevin kürəkənləri vəzifədən kənarlaşdırılıb
Tarix: 15-01-2022 18:22 | Bölmə: Dünya
Nazarbayevin kürəkənləri vəzifədən kənarlaşdırılıb

Kayrat Şəribayev “QazaqGaz” milli şirkətinin idarə heyətinin sədri vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Samruk-Kazyna” holdinqinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, “QazaqQaz” milli şirkəti Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, K.K.Şaribayevin verdiyi ərizəyə əsasən, “QazaqGaz” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri vəzifəsində səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Məlumat üçün qeyd edək ki, Kayrat Şəribaev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva ilə əlaqəli şəxsdir.

Xanım Nazarbayeva Qazaxıstan Milli Məclisin deputatıdır, lakin yanvarın 11-də keçirilən palatanın sonuncu iclasında iştirak etməyib. Yaxınları bunu Dariqanın xəstəliyi ilə izah ediblər.

58 yaşlı Kayrat Şaribayev 2020-ci ilin noyabrından “QazaqGaz”-a (KazTransGas) rəhbərlik edir. Bundan əvvəl o, “KazMunayQaz” Səhmdar Cəmiyyətinin qaz nəqli və marketinqi üzrə İdarə Heyəti sədrinin müavini olub.

Bu arada məlum olub ki, sabiq prezident Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşı Dimaş Dosanov da vəzifəsini tərk edib.

“KazTransOil” Səhmdarlar Cəmiyyətinin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, D. Dosanovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Buna səbəb kimi Dosanovun özünün ərizəsi göstərilib.

40 yaşlı D. Dosanov 2016-cı ildən “KazTransOil”a rəhbərlik edir, bundan əvvəl o, “Qazaxıstan-Çin Boru Kəməri” MMC-nin baş direktoru olub.

Aliyə Nazarbayeva ilə birlikdə bir oğul və bir qız böyüdən Dimaşın əvvəlki evliliklərindən iki böyük övladı var.

Yeri gəlmişkən, Qazaxıstanda yanvarın əvvəllərində baş verən proseslərdən sonra Nazarbayev və hakimiyyətin yuxarı dairələrində ona yaxın şəxslərin “vurulması” prosesi gedir. Artıq vəzifələrdən uzaqlaşdırılma prosesinin Nazarbayevin ailə üzvlərinə çatdığını əsas gətirən mütəxəssislər əmindir ki, yanvarın 2-dən bu yana ortaya çıxmayan Elbaşı Nazarbayev yaxın günlərdə danışmağa başlayacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər