16:39 / 28-11-2024
Sabah qar yağacaq
Almaniyalı nazir Ukraynadan Rusiyaya gedir
Tarix: 18-01-2022 10:55 | Bölmə: Dünya
Almaniyalı nazir Ukraynadan Rusiyaya gedir

Almaniyanın yeni Xarici işlər naziri Annalena Berbok Kiyevə ilk rəsmi səfərini edib.

Reyting.az
qazeta.ru-ya istinadla xəbər verir ki, səfər çərçivəsində ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşən Annalena Berbok Berlinin Donbas problemində “Normand formatı”nı gündəmə gətirməkdə məqsədini və Rusiya ilə dialoqda əsas mövzuları müəyyən etdiyini aşıqlayıb. (Yeri gəlmişkən, alman nazirin marşrutunun növbəti ünvanı Rusiyadır. O, bu gün Kiyevdən Moskvaya uçacaq).

Xanım Berbokun Ukrayna prezidenti V. Zelenski ilə görüşünün də aparıcı mövzusu Donbasda mövcud vəziyyət və Rusiya ilə münasibətlər olub.

Ukraynanın şərqində yaranmış indiki şəraiti “əzabverici” kimi xarakterizə edən Almaniyanın XİN başçısı Kiyev tərəfindən Minsk razılaşmasına yenidən baxilmasının zəruriliyini bir daha nəzərə çatdırıb. Bundan başqa, xanım Berbok, qarşı tərəfin hiddətlənməsinə baxmayaraq, Berlinin Ukraynaya silah satışından imtina etdiyini təsdiqləyib və onların Fransa ilə bir yerdə “Normand formatı”nda danışıqlarda “yeni hava udmaq” arzusunda olduqlarını bəyan edib.

“Mən çox yaxın və xüsusi dostluğa görə Kiyevə minnətdaram. Biz almanlar vaxtilə bu torpaqlara çox cəfalar çəkdirmişik. Bu gün isə bizim avropalı mövqeyimiz tam aydındır: sizinlə həmrəyik! Ukrayna heç vaxt kənarda qalmayacaq. Problemin həll variantlarının axtarışı zamanı Siz danışıqlar masasının arxasında başqaları ilə bərabər statusda təmsil olunacaqsınız”, - deyə xanım Berbok Kiyev görüşləri ilə bağlı açıqlamasını yekunlaşdırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər