16:39 / 28-11-2024
Sabah qar yağacaq
Türkiyə XİN: "Əgər Kipr yunanları buna gedərsə, bədəlini çox ağır ödəyər"
Tarix: 20-01-2022 16:20 | Bölmə: Dünya
Türkiyə XİN: "Əgər Kipr yunanları buna gedərsə, bədəlini çox ağır ödəyər"

"Yunanıstanla, Kiprlə zaman-zaman aramızda ciddi fikir ayrılıqları olur, amma bu məsələ başqadır".

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu estoniyalı həmkarı Eva-Maria Liimetslə birgə keçirdiyi mətbuat konfransında Suriyadakı PYD/PKK qüvvələrinin Kiprdə ofis aşmalarına icazə verilməsi ilə bağlı suala cavabda deyib.

Nazir deyib ki, bu, Türkiyənin birbaşa təhlükəsizliyinə qarşı əməldir: "Ona görə, digər ölkələrdə terrora qarşı necə addım atmışıqsa, eyni hal hər yerdə təkrarlaya bilərik. Əgər Kipr yunanları buna gedərsə, bədəlini çox ağır ödəyər. Bu, digər fikir ayrılıqlarına bənzəməz".

Çavuşoğlu Ermənistanla danışıqlara da toxunub. Deyib ki, estoniyalı həmkarı ilə Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını da müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər