16:39 / 28-11-2024
Sabah qar yağacaq
Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”
Tarix: 21-01-2022 13:47 | Bölmə: Dünya
Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunan konfransda çıxışında deyib.

Yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi suallara bu gün yazılı cavab verən S.Lavrov bildirib ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.

O vurğulayıb ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”/Report.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər