16:39 / 28-11-2024
Sabah qar yağacaq
Blinkendən Moskvaya xəbərdarlıq: "İki seçiminiz var”
Tarix: 21-01-2022 18:03 | Bölmə: Dünya
Blinkendən Moskvaya xəbərdarlıq: "İki seçiminiz var”

Bu gün Lavrovla diskussiyamız səmimi və substantiv idi. Mən ona ABŞ-ın və Avropadan olan tərəfdaşlarımızın mövqeyini çatdırdım”.

Bunu ABŞ Dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla Cenevrədə keçirilən görüşdən sonra mətbuat qarşısında bildirib.

“Mən bildirdim ki, biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində bu ölkənin yanında qətiyyətlə dayanırıq və Rusiya qüvvələri Ukrayna sərhədini keçərsə, ABŞ və müttəfiqlərinin buna sərt və cəld cavabı olacaq”, - o bildirib.

Blinken diqqətə çatdırıb ki, Rusiyanın hərbi yox, digər hibrid hücumları olarsa, ona da ABŞ və müttəfiqləri koordinasiyalı şəkildə qətiyyətli cavab verəcəklər: “Mən Lavrova bildirdim ki, Rusiyanın son həftələrdə qaldırdığı təhlükəsizlik narahatlıqlarına ABŞ və müttəfiqləri qarşılıqlılıq prinsipi əsasında cavab verə bilər, bu o deməkdir ki, Rusiya da bizim narahatlıqlarımıza cavab verməlidir”.

Dövlət katibi deyib ki, Lavrovla müzakirələr zamanı o, Rusiyanın yalnız Ukrayna ilə bağlı təhlükəsizlik problemi yaratmadığını, həm də Avropa və beynəlxalq sistem üçün problem yaratdığını deyib: “Bu müzakirələr deyildi, səmimi şəkildə fikir və ideyaların mübadiləsi idi. Mən Lavrova onu da bildirdim ki, müəyyən prinsiplər və dəyərlər var ki, ABŞ və müttəfiqləri onu qorumağa sadiqdir. Bura Ukrayna xalqının öz gələcəyini suveren şəkildə seçmək hüququ daxildir. Bununla bağlı heç bir sövdələşmə ola bilməz”.

ABŞ Dövlət katibi deyib ki, indi Rusiyanın iki seçimi var, o, ya diplomatiya yolunu seçir və ya münaqişə yolunu seçir ki, bu da ağır nəticələrə və beynəlxalq qınamaya gətirib çıxaracaq: “Biz hər iki seçimə hazırıq. Düşünürəm ki, bugünkü görüşdən sonra Lavrovun bizim mövqeyimizlə bağlı daha yaxşı anlayışı yarandı. Biz razılığa gəldik ki, diplomatik prosesi davam etdirməliyik. Tərəfdaşlarımızla məsləhətləşmələrdən sonra gələn həftə detallı şəkildə Rusiya ilə öz narahatlıqlarımızı və ideyalarımızı yazılı formada bölüşəcəyik. Razılaşdıq ki, bundan sonra danışıqları davam etdirək”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər