16:39 / 28-11-2024
Sabah qar yağacaq
Berlin fərqli mövqe nümayiş etdirir
Tarix: 22-01-2022 10:29 | Bölmə: Dünya
Berlin fərqli mövqe nümayiş etdirir

Almaniya Estoniyadan Ukraynaya artilleriya qurğularının göndərilməsinə qadağa qoyub.

“Wall Street Journal”ın almaniyalı və estoniyalı rəsmilərə istinadla yaydığı məlumata görə, rəsmi Berlin belə bir qərarı ona görə qəbul edib ki, burada söhbət Almaniya istehsalı olan silahlardan gedir.

“ABŞ, Britaniya, Polşa və başqa müttəfiqlərdən fərqli olaraq, Almaniya hökuməti ölümsaçan silahların birbaşa Ukraynaya ixracın veto qoyub”, - deyilən məlumatda Almaniya hökumətinin nümayəndəsi qeyd edir ki, silahların birbaşa daşınması və ya onların üçüncü ölkə vasitəsilə idxalı yalnız xüsusi razılıq alındıqdan sonra mümkündür. Estoniyalı çinovnikin sözlərinə görə isə, onlar bu məsələdə Almaniyanı mövqeyini dəyişməyə inandırmağa hələ də cəhd edirlər.

Nüfuzlu nəşrin məqaləsində diqqət həmçinin Berlinin bu mövqeyinin Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Şimali Atlantika Alyansında fikir ayrılığının mövcudluğuna dəlalət etdiyinə yönəldilir.

Bir qədər əvvəl Reyting.az oxucularına Böyük Britaniyadan altı hərbi-nəqliyyat təyyarəsinin Ukraynaya silah-sürsat çatdırdığı barədə xəbər vermişdi. Son məlumatlara görə, London bu dəfə tərəfdaşlarına tank əleyhinə idarəolunan NLAW raketlərini təqdim edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər