16:39 / 28-11-2024
Sabah qar yağacaq
Senator Puşkov: “Moldovanı cəzalandırmaq lazımdır”
Tarix: 22-01-2022 19:51 | Bölmə: Dünya
Senator Puşkov: “Moldovanı cəzalandırmaq lazımdır”

“Düşünürəm ki, biz Kişinyova qarşı həddən artıq yumşaq davranmışıq. Rusiyanın Moldovaya görə ağır maliyyə vəziyyətinə girməsinə heç bir səbəb yoxdur”. Reyting.az xəbər verir ki, bu, senator Puşkovun teleçıxışından sitatdır.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov bəyan edib ki, Moldova Respublikasının Prezidenti Maya Sanduya qarşı ciddi tədbirlər görməyin vaxtıdır:

“Moskva qazın satışı ilə bağlı Moldova ilə danışıqlarda daha kəskin mövqe nümayiş etdirməlidir. Prezident Maya Sandunun Rusiyanın ünvanına düşməncəsinə səsləndirdiyi, ittihamlarla dolu çıxışından sonra ciddi tədbrlər görmək vacibdir”.

Məsələ ilə bağlı özünün Telegram-kanalında çıxış edən senator daha sonra bunları söyləyib: “Əgər qaz istəyirsənsə, haqqını ödəyəcəksən. Sandunun o pulu hardan tapacağı bizim deyil, onun problemidir”.

Xatırladaq ki, bir qədər əvvəl xanım Sandu “Pro TV” telekanalının efirində çıxış edərək, Rusiya Federasiyasını 1992-ci ildə Dnestryanı bölgəyə “öz adamlarını” göndərməkdə, orada silahlı münaqişə təşkil edərək Moldovaya müstəqilliyini qazanmağa mane olmaqda ittiham etmişdi.(rambler.ru)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər