16:39 / 28-11-2024
Sabah qar yağacaq
NATO-Rusiya müharibəsində Kalininqrad kənarda qalmalıdır
Tarix: 23-01-2022 15:02 | Bölmə: Dünya
NATO-Rusiya müharibəsində Kalininqrad kənarda qalmalıdır

Amerikanın “19FortyFive” nəşrində dərc olunan məqalənin müəllifi, Leksinqton İnstitutunun analitiki Sara Uayt NATO ilə Rusiya arasında hərbi qarşıdurma baş verəcəyi təqdirdə, Qərb ölkələrinin Kalininqradı neytrallaşdırmaq üsulunu açıqlayıb.


Sara Uayt

Məqalədə qeyd olunur ki, Rusiyanın Polşa və Litva ilə həmsərhəd olan Kalininqrad yarımeksklavı Şumali Atlantika Alyansı üçün “ciddi başağrısına” çevrilə bilər. Tanınmış analitikin müşahidələrinə görə, bu bölgə çox yaxşı silahlandırılıb, o cümlədən, yüksək dəqiqliyə malik “İsgəndər-M” operativ-taktiki raket kompleksi və qanadlı raketlər daşıyan qırıcılarla təchiz olunub. Bundan əlavə, Kalininqrad vilayəti Rusiyanın Hərbi Dəniz Donanmasının nəhəng kontingentinin dislokasiya yeri sayılır. Xanım Uayt belə hesab edir ki, məhz bu istiqamətdən gözlənilən ciddi təhlükəni əvvəlcədən neytrallaşdırmaq vacibdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər