07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ xüsusi təyinatlıları Avropaya gəlməyə hazırdır
Tarix: 25-01-2022 12:48 | Bölmə: Dünya
ABŞ xüsusi təyinatlıları Avropaya gəlməyə hazırdır

ABŞ, NATO, Avropa Birliyinin və bir sıra Avropa dövlətlərinin rəhbərləri Ukrayna ilə Rusiya sərhədində davam edən gərginliyi müzakirə ediblər.

“Kommersant” portalının məlumatında qeyd olunur ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun dəftərxanasından verilən açıqlamaya görə, görüş iştirakçıları Rusiyanın Ukrayna ərazisinə müdaxilə edəcəyi təqdirdə, ona “çevik və cəzalandırıcı cavab” vermək planı ilə razılaşıblar. Fransa prezidenti Emmanuel Makron deyib ki, о, yaxın günlərdə Rusiya və Ukrayna prezidentləri ilə danışıqalr aparacaq.

Bu arada ABŞ-ın müdafiə naziri Lloyd Ostinin əmri ilə xüsusi təlim keçmiş 8,5 min hərbçi Avropaya göndərilmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib. Nazirin mətbuat katibi Con Kirbinin sözlərinə görə, “vəziyyət fərqli məcrada inkişaf edərsə”, bu zaman NATO-nun çevik reaksiya Qüvvələrinin hər an hazır olmaları zəruridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}