Rusiya Aleksey Navalnını terrorçu elan edib
Tarix: 25-01-2022 13:33 | Bölmə: Dünya
Rusiya Aleksey Navalnını terrorçu elan edib

Rusiya müxalifətinin lideri Aleksey Navalnı və əqidədaşları terrorçu və ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar və şəxslər siyahısına salınıb.

Reyting.az
Report-a istinadla xəbər verir ki, müvafiq qeyd Maliyyə Monitorinqi üzrə Federal Xidmətin reyestrində əlavə edilib.

Rusiya qanunvericiliyinə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırır.

Qeyd edək ki, 45 yaşlı siyasətçi 1 ildən çoxdur həbsdədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}