16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ermənistanın istefa verən prezidenti ilə bağlı araşdırma başlayıb
Tarix: 25-01-2022 14:18 | Bölmə: Dünya
Ermənistanın  istefa verən prezidenti ilə bağlı araşdırma başlayıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti istefa verən prezident Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsini araşdıracaq.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə təklif təqdim edib.

Bildirilib ki, Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması faktı aşkarlanıb/Report.

Qeyd edək ki, 2021-ci ilin martında 53 hüquqşünas Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı prokurorluğa hesabat təqdim edib. Bildirilmişdi ki, Armen Sarkisyan 2003-2012-ci illərdə ən azı 10 il Birləşmiş Krallığın vətəndaşı olub, son altı ildə Ermənistan onun vətəndaşlıq tələbini təmin etmədiyi halda, 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib. Krallıq onun vətəndaşlığını 2012-ci il martın 1-dək dayandırsaydı, onda prezident seçilə bilərmiş.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər