16:39 / 28-11-2024
Sabah qar yağacaq
Xorvatiya NATO-ya arxa çevridi: "Hərbçilərimizi geri çağıracağıq"
Tarix: 25-01-2022 17:47 | Bölmə: Dünya
Xorvatiya NATO-ya arxa çevridi: "Hərbçilərimizi geri çağıracağıq"

"Rusiya ilə Ukrayna arasında münaqişə baş verəcəyi halda, Xorvatiya NATO tərkibində qulluq edən Şərqi Avropadakı bütün hərbçilərini geri çağıracaq".

"RİA Novosti" xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç yanvarın 25-də milli televiziya ilə çıxışında bildirib.

“Mən, Xorvatiya ordusunun Ali Baş komandanı, ayrı-ayrı dövlətlər, ABŞ deyil, NATO-nun hərbi mövcudluğunu artırması və hansısa kəşfiyyat gəmisi göndərməsi ilə bağlı bəyanatları müşhaidə edirəm. Mən əmin edirəm ki, bizim bu məsələyə heç bir aidiyyətimiz yoxdur. Gərginlik yaranacağı halda, Xorvatiya nəinki hərbçi göndərməyəcək, son əsəgəriməzədək geri çağıracağıq”, - o deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər