CNN Xarkovu Rusiya ərazisi sayır
Tarix: 26-01-2022 10:13 | Bölmə: Dünya
CNN Xarkovu Rusiya ərazisi sayır

Dünyanın ən mötəbər və nüfuzlu mediaholdinqlərindən biri sayılan CNN Ukraynanın bu şəhərini Rusiya şəhəri adlandırıb.

Telekanalın jurnalisti Kristian Amanpurun Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberqlə müsahibəsinə anons-vieoda Rusiya hərbçilərinin təlimi ilə bağlı kadrlar göstərilib. Amma bu zaman video-süjetdə rus ordusunun dislokasiya yeri qismində Xarkov şəhəri nümayiş etdirilib.

“RT” kanalının yaydığı məlumatda deyilir ki, video-çəkilişdə açıq sahədə hərəkət edən tanklar, digər döyüş texnikası, eləcə də şərti ərazini minalardan təmizləyən müasir qurğular sərgilənir. Məhz bu səbəbdən, coğrafiyadan az məlumatlı tamaşaçılar güman edə bilər ki, Rusiya ordusunun təlimləri Ukraynanın Xarkov vilayətinin ərazisində keçirilir. İndi rəsmi Kiyev bu “anlaşılmaz telesüjetlə” bağlı CNN-dən açıqlama gözləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}