Rusiya səfiri: “Qazaxıstan əsaslandırılmış şəkildə KTMT-yə müraciət edib”
Tarix: 26-01-2022 12:09 | Bölmə: Dünya
Rusiya səfiri: “Qazaxıstan əsaslandırılmış şəkildə KTMT-yə müraciət edib”

“Qazaxıstan əsaslandırılmış şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bu, təşkilatın nizamnaməsinə tamamilə uyğundur”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında Qazaxıstandakı vəziyyəti şərh edərkən deyib.

Səfir KTMT tərəfindən dəstəyin dərhal və dövlət başçısının dəvəti ilə göstərildiyini qeyd edib: “KTMT lazımi məqamda özünü göstərdi”.

M.Boçarnikov KTMT-nin iclası zamanı Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hadisələrin təcavüz aktı olması fikri ilə razılaşdığını qeyd edib.

Onun sözlərinə görə, KTMT missiyasından əlavə, bütün qonşu ölkələr Qazaxıstana dəstək göstərilməsinə tərəfdar olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}