16:39 / 28-11-2024
Sabah qar yağacaq
Nazarbayevin qızı hakim partiyanın siyasi şurasının üzvlüyündən çıxarılıb
Tarix: 28-01-2022 14:51 | Bölmə: Dünya
Nazarbayevin qızı hakim partiyanın siyasi şurasının üzvlüyündən çıxarılıb

Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstanın hakim "Nur Otan" Partiyasının siyasi şurasının üzvləri arasında yer almayıb.

Bu barədə partiyanın saytında məlumat yerləşdirilib.

Məlumata görə, Qazaxıstanın keçmiş Baş naziri Əskər Mamin də adı siyasi şuranın üzvləri arasında öz əksini tapmayıb/Report.

Qeyd edək ki, yanvarın 28-də "Nur Otan" Partiyasının növbədənkənar XXI qurultayı keçirilib. Ölkə Prezidenti Kasım-Jomar Tokayev partiyanın sədri seçilib.

Xatırladaq ki, Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva 2019-2020-illərdə Qazaxıstan Senatının sədri olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər