16:39 / 28-11-2024
Sabah qar yağacaq
Almaniya və Rusiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edib
Tarix: 28-01-2022 18:11 | Bölmə: Dünya
Almaniya və Rusiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edib

Almaniyanın xarici işlər naziri Annalena Berbokla Rusiyanın xarici işlər naziri Sergey Lavorov arasında telefon danışığı olub.

"RİA Novosti” xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər Ukraynada vəziyy'tin tənzimlənməsi üzrə “Normand formatı”nın işini dəstəklədiklərini söyləyiblər.

Sergey Lavrov almaniyalı həmkarı il' Rusiyanın təhlükəsizlik təklifləri üzrə ABŞ və NATO-nun cavabı ilə bağlı fikir mübadiləsi edib.

Xatırladaq ki, ABŞ və NATO yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab göndərib.

Qeyd edək ki, Annalena Berbok yanvarın 16-da Kiyevə 18-də isə Moskvada səfərdə olub. Onun gələn həftə Ukraynaya yenidən səfər edəcəyi gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər