Belarus qonşu ölkələri hədələyir
Tarix: 18-04-2022 08:53 | Bölmə: Dünya
Belarus qonşu ölkələri hədələyir

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç respublika ordusunun qonşu Qərb ölkələrinin mümkün təxribatına qarşı hazırlaşdığını bildirib.

Reyting.az
-ın məlumatına görə, dövlət katibi bildirib ki, Minskə təcavüz olacağı təqdirdə, qonşu Qərb ölkələrində dağıntı və partlayışlar baş verəcək.

A. Volfoviç Qərb ölkələrini nəzərdə tutaraq "Belarus 1" telekanalında deyib ki, onlar öz infrastrukturlarını aydın olmayan şeylərə uyğunlaşdırırlar, aqressiya hazırlayırlar:

“Düşünürəm, adi insanlar, polşalılar, litvalılar görürlər ki, bu gün Ukraynada nə baş verir, hansı dağıntılar, faciələr olur. Ümid edirəm ki, onlar bunu istəməz, çünki belə çıxmayacaq ki, onlar Belarusa təcavüz edəcəklər və hərbi əməliyyatlar yalnız Belarusda olacaq. Xeyr, dağıntılar, ölümlər, partlayışlar da olacaq, lakin onların ərazisində".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər