Ukraynalı nazir: "Rusiya hərbçiləri humanitar marşrutların qarşısını kəsir, atəşə tutur"
Tarix: 18-04-2022 12:31 | Bölmə: Dünya
Ukraynalı nazir: "Rusiya hərbçiləri humanitar marşrutların qarşısını kəsir, atəşə tutur"

“Bu gün təəssüf ki, humanitar dəhlizlər olmayacaq”.

Bunu Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi Mariupol, Berdyansk, Tokmak, Enerqodardan humanitar dəhlizlərin açılması üçün uzun və mürəkkəb danışıqlar aparıb. Baş nazirin müavini bildirib ki, həmçinin Xerson və Luqansk vilayətlərinin yaşayış məntəqələri üzrə də aparılıb:

“Bununla belə, Rusiya işğalçıları beynəlxalq humanitar hüququ pozaraq humanitar marşrutların qarşısını kəsməkdən və atəşə tutmaqdan əl çəkmirlər.

Ona görə də təhlükəsizlik baxımından bu gün humanitar dəhlizlərin açılmaması qərara alınıb. Biz humanitar dəhlizlərin mümkün qədər tez işə salınması üçün hər cür səy göstərəcəyik”/Report.

Xatırladaq ki, ötən gün də humanitar dəhlizlərin açılmasına nail olunmayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər