Pakistan hərbçilərinə hücum olub
Tarix: 18-04-2022 14:36 | Bölmə: Dünya
Pakistan hərbçilərinə hücum olub

Pakistan hakimiyyəti Əfqanıstandakı “Taliban” hökumətindən ölkə arasında dövlət sərhədində pakistanlı sərhədçilərin təhlükəsizliyini təmin etmək üçün atəşi dayandırmağı tələb edib.

Reyting.az
xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, son bir neçə gün ərzində Pakistan-Əfqanıstan sərhədiboyu pakistanlı təhlükəsizlik qüvvələri Əfqanıstan ərazisindən hücuma məruz qalır: "Təəssüflər olsun ki, qadağan edilmiş terrorçu qruplaşmalar, o cümlədən “Təhrik-e Taliban Pakistan”ın Pakistanın sərhəd məntəqələrinə hücumu nəticəsində bir neçə hərbçimiz həlak olub. Rəsmi İslamabad Kabildən iki ölkə arasında təhlükəsizliyi təmin etmək üçün Pakistan ərazisinə soxulanlara qarı sərt tədbir görməyi tələb edir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər