Rusiyalı general: "Ukraynada logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib"
Tarix: 18-04-2022 23:05 | Bölmə: Dünya
Rusiyalı general: "Ukraynada logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib"

Rusiya Silahlı Qüvvələri son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan logistika mərkəzini və orada olan böyük sayda xarici silah partiyasını məhv edib.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, səhər saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli raketləri Lvov vilayətində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirib: "Son 6 gün ərzində ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib"/Report.

O, əlavə edib ki, Rusiya raket qüvvələri və artilleriyası Ukraynanın 331, Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası isə 84 hərbi obyektə zərbələr endirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər