Polşa Baş naziri Lvova səfər edib
Tarix: 19-04-2022 11:26 | Bölmə: Dünya
Polşa Baş naziri Lvova səfər edib

Polşa Baş naziri Mateuş Moravietski Ukraynanın Lvov şəhərinə gedib.

Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Polşa Baş nazirinin ofis rəhbəri Mixal Dvorzçik bildirib ki, Baş nazir ukraynalı məcburi köçkünlər üçün tikilən şəhərciyin açılışında iştirak edəcək: “Polşa hökumətinin təşəbbüsü ilə Ukraynada məcburi köçkünlər üçün konteyner şəhərcikləri tikilir. Bu şəhərciklərdə Ukraynanın şərqindən Rusiya təcavüzündən qaçan qadınlar və uşaqlar sığınacaqlar. Onlardan birincisini bu gün Baş nazir açacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər