General: "Rusiya ötən gecə Ukraynanın daha 1260 hərbi obyektini vurub"
Tarix: 19-04-2022 12:07 | Bölmə: Dünya
General: "Rusiya ötən gecə Ukraynanın daha 1260 hərbi obyektini vurub"

Rusiya Ukraynanın daha bir MiQ-29 qırıcısını vurub.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər evrir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bugünkü birifinqdə deyib.

O bildirib ki, MİQ-29 Donetski yaxınlığında vurulub: “Bundan əlavə, Petropolya və Malaya Kamışevaxa yaşayış məntəqələri ərazisində Ukraynanın iki “Toçka U” raketi, Marinka, Kamenka, Semenovka və Siniçino yaşayış məntəqələri ərazilərində isə 4 pilotsuz uçuş aparatı məhv edilib".

Generalın sözlərinə görə, Rusiyanın raket və artilleriya qoşunları ötən gecə Ukraynanın ümumilikdə 1260 hərbi obyektini vurub: "Onlar arasında Nikolaev və Kirovsk yaşayış məntəqələri ərazilərində Ukrayna bölmələrinin 25 komanda məntəqəsi, Voskresensk və Nikolayev rayonlarında iki raket və artilleriya silahı anbarı, Qulyai Pole və Nikolaevka İkinci rayonlarında iki Buk- M1 zenit-raket qurğuları, eləcə də düşmənin canlı qüvvəsinin cəmləşdiyi 1214 ərazi var. Bununla belə, ötən gecə ərzində Rusiya Hərbi Kosmik Qüvvələrinin Ukraynanın 60 hərbi obyektinə zərbə endirib. Nəticədə Ukrayna qoşunlarının 3 idarəetmə məntəqəsi sıradan çıxarılıb, Slavyansk, Barvenkovo və Popasnaya yaşayış məntəqələrində isə düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər