MN: "Rusiyanın cəbhəboyu hücumu davam edir"
Tarix: 20-04-2022 10:19 | Bölmə: Dünya
MN: "Rusiyanın cəbhəboyu hücumu davam edir"

“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisinə hücumu davam etdirir”.

Reyting.az 
xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Məlumatda bildirilib ki, Slobojans istiqamətində düşmən yenidən qruplaşır, ehtiyat toplayır. Xarkov qismən mühasirəyə alınıb və şəhərin atəşə tutulması davam edir. Rusiya İzyum istiqamətində Suliqivkiyə və Dibrivneyə hücuma keçməyə cəhd göstərib. Kreminna,Torska və Zelyonaya Dolina rayonlarında döyüşlər davam edir. Düşmən Liman yaşayış məntəqəsi istiqamətdə hərəkətə keçmək üçün yenidən qruplaşır.

Rubijnoy və Severodonetska hücum nəticəsində Rusiyanın 130 hərbçisi yaralanıb və yaralılar Novoaydarda hospitala yerləşdirilib. Onların sayı dəqiqləşdirilir. Donetsk istiqamətində düşmən Marinka yaşayış məntəqəsində hücuma keçib. Düşmənin Mariopolu ələ keçirmək üçün “Azovstal” zavodunun ərazisinə hücumu davam edir. Velika Novosilka, Rivnopol və Storojeve yaşayış məntəqələri istiqamətində döyüşlər gedir.

Bununla belə, Rusiya komandanlığı Qərb Hərbi Dairəsinin verdiyi itkini kompensasiya etmək məqsədi ilə 3-cü motoatıcı diviziyasının 237-ci tank alayının taborunun taktiki qrupunu Xarkov vilayətindən daimi dislokasiya məntəqəsinə - Belqorod vilayətinin Solotı qəsəbəsi istiqamətinə geri çəkib.

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter, 6 pilotsuz uçuş aparatını (PUA), 12 tankını, 28 zirehli texnikasını, 2 texniki avtomobilini, 1 artilleriya sistemini, 1 qanadlı raketini məhv edib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər