16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Rusiya Ukraynanın 1053 hərbi obyektinə zərbə endirib
Tarix: 20-04-2022 12:12 | Bölmə: Dünya
Rusiya Ukraynanın 1053 hərbi obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələrinin aviasiyası gecə ərzində Ukraynanın 73 hərbi obyektini, o cümlədən yeddi dayaq məntəqəsini, dörd sursat anbarını və bir Msta-B haubitsasını, Rusiyanın hava hücumundan müdafiə sistemləri isə Donbasda havada iki Toçka-U raketini vurub.

Reyting.az R
usiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmisi general İqor Konaşenkov açıqlayıb.

O bildirib ki, ötən gecə Rusiya raket və artilleriya qoşunları Ukraynanın 1053 hərbi obyektinə zərbə endirib.

"Yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin 40-a qədər canlı qüvvəsi və Novovorontsovka və Kiselevka rayonlarında 7 texnikası vurulub. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukrayna silahlı qüvvələrinin 496 pilotsuz uçuş aparatını, 2388 tankını və zirehli texnikasını məhv edib".




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb