Saakaşvilinin məhkəmədə halı pisləşib
Tarix: 20-04-2022 13:03 | Bölmə: Dünya
Saakaşvilinin məhkəmədə halı pisləşib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşib.

Məlumata görə, o, məhkəmə zalından çıxarılıb və hakim prosesdə fasilə elan edib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində eks-prezidentin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı iş üzrə növbəti iclas keçirilir/Report.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. O, ötən gün müstəqil həkimlər qrupuna ünvanladığı məktubunda səhhətinin pisləşdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər