Rusiya ötən gün Ukraynanın ümumilikdə 1001 hərbi obyektinə zərbələr endirib
Tarix: 21-04-2022 12:45 | Bölmə: Dünya
Rusiya ötən gün Ukraynanın ümumilikdə 1001 hərbi obyektinə zərbələr endirib

"Rusiya ötən gecə ərzində Şnurki, Novonikolaevka, Aleksandrovka yaşayış məntəqələri ərazilərində canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi 20 ərazini vurub".

Reyting.az
xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov bugünkü brifinqində deyib.

O bildirib ki, ötən gün ərzində Rusiya raket və artilleriya qoşunları Ukraynanın ümumilikdə 1001 hərbi obyektinə zərbələr endirib: "Vurulan obyektlər arasında Mayaki, Dibrovnoye, Mazanovka, Dolina Krasnopolye, Velyka Kamışevaxa, Çepolye, Çepolye qəsəbələrində 58 komanda məntəqəsi, Ukrayna artilleriyasının 162 atəş mövqeyi, 771 dayaq məntəqəsi, canlı qüvvə və Ukrayna hərbi texnikasının Paşkovka, Dmitrovka, Novaya Dmitrovka, Vısoki, Çernoqlazovka, Slatino, Zoloçiv, Partizanskoye, Aleksandrovka, həmçinin Nikolaev vilayətinin Şevçenkovo yaşayış məntəqəsində cəmləşdiyi ərazilər var.

Eyni zamanda, Rusiya aviasiyası bir gecədə Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 20 əraziyə zərbələr endirib. Gecə ərzində Şnurki, Novonikolaevka, Aleksandrovka yaşayış məntəqələri ərazilərində canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi 20 ərazini və Ukraynanın 13 pilotsuz uçuş aparatını, həmçinin bir “Toçka-U” taktiki raketini vurub“.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər